Modern.az

Asim Mollazadə: “Fərqli maraqlar, fərqli siyasi qüvvələr var ki...”

Asim Mollazadə: “Fərqli maraqlar, fərqli siyasi qüvvələr var ki...”

8 Oktyabr 2012, 13:09

“Siyasi məhbuslar haqqında qərar məhz Avropa Məhkəməsinin müəyyənləşdirdiyi qərarlar əsasında  qəbul olunsa, daha düzgün olardı “. Bunu Modern.az-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri , millət vəklili Asim Mollazadə AŞPA-nın payız sessiyasında Azərbaycan üzrə məruzəçi Ştrasserin  “siyasi məhbus” siyahısı ilə bağlı apardığı müzakirələri şərh edərkən deyib.

Deputat bildirib ki, bu qərarın məhz Azərbaycana şamil olunacağı fikri yalnışdır. “Bu qərarın ancaq Azərbaycana şamil olunacağını  mən düşünmürəm. Çünki bu qərar bir neçə istiqamətlərdə istifadə olunacaq. Və bəzi hallarda Avropa strukturlarında insan huquqları məsələləri müəyyən təzyiq kimi istifadə olunur. Sadəcə bu prinsiplərin ümumi Avropa anlayışını müəyyənləşdirmək müsbət bir haldır. Düşünürəm ki, bu səbəbin üzərində yenə də əlavə işlər aparılacaq. Və Avopa Şurasının Azərbaycana hansısa  islah, cəza məqsədi kimi qəbul etməyi də mən düzgün hesab etmirəm. Azərbaycan Avropa Şurasının üzvüdür. Bu təşkilatla biz  əməkdaşlıq edirik. Bu əməkdaşlığa da  əməl etməliyik. Sadəcə fərqli maraqlar, fərqli siyasi qüvvələr var, bunu da hər zaman nəzərə almaq lazımdır” –deyə millət  vəkili vurğulayıb .

A.Mollazadə Avropa Şurasının Parlament Assambleyasının diqqətini məhz Qarabağ münaqişəsinə çəkməyin vacibliyini də qeyd edib.

“Avropa Şurasının Parlament Asssambleyası özünün Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı olan qərarının icrasını yerinə yetirsin. Əslində bu istiqamətdə qəbul olunmuş sənədin icrası ilə bağlı müvafiq işçi komitə artıq iflasa uğradı. Və biz Avropa Şurasının diqqətini bu münaqişəyə çəkməliyik. İstərdik ki, Qarabağ məsələsinin müzakirəsi olsun. Çünki Avropa Şurası öz qəbul etdiyi qərarlara, qətnamələrə  hörmətlə yanaşmalıdır”.

Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi