Modern.az

İvanişvili Gürcüstan hökumətinin tərkibini elan etdi - SİYAHI

İvanişvili Gürcüstan hökumətinin tərkibini elan etdi - SİYAHI

8 Oktyabr 2012, 13:41

Gürcüstanda parlament seçkilərində qalib gələn “Gürcü arzusu” müxalifət koalisiyasının lideri Bidzina İvanişvili Nazirlər Kabinetinin yeni tərkibini  elan edib.

Modern.az bildirir ki, bu barədə gürcü KİV-ləri məlumat yayıb.

Ölkənin baş nazir postunu Bidzina İvanişvili tutub. Daxili işlər naziri İrakli Qaribaaşvili, xarici işlər naziri Maya Pancikidze, müdafiə naziri Brakli Alasaniya olub. O həm də baş nazirin müavini təyin edilib.
Ədliyyə Nazirliynə Tea Sulukiani, Səhiyyə Nazirliyən isə  Amiran Qamkrelidze rəhbərlik edəcək. Siyahıda müvafi olaraq digər postlar daa təyinat olub.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 1-də keçirilib. “Gürcü arzusu” koalisiyası yeni parlamentdə 83 deputat mandatı əldə edib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası isə ikinci yer tutub və 67 deputatla təmsil olunacaq. Ümumilikdə, Gürcüstan parlamentində 150 deputat yeri var.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi