Modern.az

Baş Prokurorluq: “Zakir Qaralov Fransaya Elşad Abdullayevə görə getməyib”

Baş Prokurorluq: “Zakir Qaralov Fransaya Elşad Abdullayevə görə getməyib”

8 Oktyabr 2012, 14:55

Baş prokuror Zakir Qaralov Strasburqda  rəsmi səfərdədir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına bildirib ki,  Zakir Qaralov Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak etmək üşün oktyabrın 6-dan Strasburqdadır.

Mətbuat xidmətinin rəhbəri Baş prokurorun fəaliyyətinə xitam verilmiş ABU-nun sabiq rektoru Elşad Abdullayevlə məlum videoqalmaqala görə görüşmək üçün Fransaya getdiyini birmənali olaraq təkzib edi. Bildirib ki,  KİV-də bununla bağlı yaıyılan informasiyalar həqiqətə uyğun deyil.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal