Modern.az

Corc Floydu öldürən polisə 22 illik həbs cəzası - FOTO

Corc Floydu öldürən polisə 22 illik həbs cəzası - FOTO

Dünya

26 İyun 2021, 01:01

ABŞ-da sabiq polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydun qətlinə görə həbs edilib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə o, 22,5 il müddətinə azadıqdan məhrum edilib.

 

Xatırladaq ki, hadisə 2020-ci ilin 25 mayında olub. Polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydu həbs edərək, boğucu üsul tətbiq edib. Floyd bundan az sonra ölüb. Hadisədən 1 gün sonra Şovin və afroamerikalının həbsində iştirak edən daha üç polis işdən çıxarılıb.

 

Bundan sonra ölkədə kütləvi etirazlar və qarışıqlıqlar olub. İctimai asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanlarına ABŞ-ın milli qvardiyası da qoşulub. Vaşinqton və Nyu-York da daxil olmaqla, təxminən 40 şəhərdə komendant saatı tətbiq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu