Modern.az

Samuxda müəllimlərə internetdən istifadə qaydaları öyrədilib

Samuxda müəllimlərə internetdən istifadə qaydaları öyrədilib

8 Oktyabr 2012, 15:30

Samux rayonunda yerləşən bir neçə məktəbdə müəllimlərə dərs planının tərtibi zamanı internetdən səmərəli istifadə yolları haqqında seminar keçirilib. Seminarın əsas məqsədi qlobal şəbəkənin imkanlarından istifadə etməklə dərsin keyfiyyətini artırmaq və zəruri bilgilərin əldə olunmasında internetdən istifadəni genişləndirməkdir. Bu barədə layihə təşkilatçılarından Aytac Muxtarova məlumat verib. Onun sözlərinə görə, “İnternet Məktəbdə” layihənin əsas məqsədi müəllimləri dərs planlarında internetin zəruriyyəti haqqında maarifləndirməkdən ibarətdir. Bir ay ərzində davam edən layihədə müəllimlərə internetdən dərs vəsaitlərində istifadə etmə üsulları mövzusunda təlimlər keçirilib. Daha sonra isə praktiki məşğələlər olub. Təlimi uğurla bitirən müəllimlər sertifikatlarla təltif olunub. Qeyd edək ki, “İnternet məktəbdə” layihəsinə Milli Demokratiya İnsitutu (NDİ),Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Avrasiya Əməkdaşlıq Fondu tərəfdaşlıq edib.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal