Modern.az

“Yəhovanın şahidləri” Dövlət Komitəsindən niyə incik düşüb?

“Yəhovanın şahidləri” Dövlət Komitəsindən niyə incik düşüb?

8 Oktyabr 2012, 15:48

Bu həftə Ali Məhkəmədə “Yəhovanın şahidləri” dini təriqətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) qarşı kassasiya şikayətinə baxılacaq. Dini icma öz iddiasında dini ədəbiyyatın idxalı ilə əlaqədar müraciətlərin təmin olunamaması barədə məktubların qanunsuz hesab olunması tələbi qoyur.

  Modern.az-a açıqlamasında DQİDK-nin mətbuat katibi Orxan Əli bildirib ki, hazırda məhkəmə davam etdiyi ucun bu məsələyə hansısa münasibət bildirmək tezdir. Amma məhkəmə başa çatandan sonra iddia ilə bağlı ictimaiyyətə və mətbuata bununla bağlı açıqlama veriləcək.  

Xatırladaq ki, “Yəhovanın şahidləri” dini icması və icmanın təmsilçiləri Rövşanə Quliyeva və Elşən Ağalarov DQİDK-yə qarşı qaldırdığı iddianı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi təmin etməyib, Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.  

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal