Nobel Mükafatının verilməsinə bu gündən başlanılır. Modern.az Nobel Prize.org rəsmi saytına istinadən bildirir ki, bu gün Tibb sahəsində Nobel Mükafatı təqdim olunacaq. Oktyabr 9-da Fizika, 10 –da Kimya üzrə mükafatın sahibi bəlli olacaq. 12 oktyabrda isə Nobel Sülh Mükafatı açıqlanacaq. 15 oktyabrda İqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.
Ədəbiyyat sahəsində Nobel mükafatının nə vaxt veriləcəyi tarixi isə hələ müəyyən edilməyib.
Azərbaycandan Kamal Abdullanın əsərləri bu il Ədəbiyyat sahəsində Nobel mükafatına namizəd göstərilib.