Modern.az

Vatikanda cinsi istismar qalmaqalında keşiş \"barmağı\"

Vatikanda cinsi istismar qalmaqalında keşiş \

27 İyun 2021, 14:34

Katolik kilsəsinin idarə mərkəzi olan Vatikan polşalı kardinal Stanislav Çivinsin Krakov Baş Yepiskopluğu dönəmində bəzi cinsi istismar faktlarını ört-basdır etməkdə ittiham olunmasını araşdırdığını açıqlayıb.

 

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, II İohan Pavelin yaxın adamlarından olan kardinalın baş yepiskop olduğu dövrdə - 2005-2016-cı illərdə cinsi istismar faktlarının üstünü basdırması ittihamlarını araşdırmaq vəzifəsini kardinal Angelo Baqnaskoya həvalə edib.

 

Vatikanın Varşavadakı Səfirliyindən bildirilib ki, kardinalın Polşaya iyunun 17-dən başlayan səfəri bu gün başa çatıb.

 

Kardinalın topladığı materialları Vatikana təqdim edəcəyi gözlənilir.

 

Kardinal Stanislav Çivinsin isə haqqındakı ittihamları rədd etdiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi