Milli Məclisin plenar iclaslarında deputatlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarından gileylərini bildiriblər. Onlar bir sıra dövlət qurumlarının rəhbərlərinin deputatların rəsmi sorğularına belə, cavab vermədiklərini qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər.
Bunu nəzərə alaraq Modern.az deputatlardan hansı dövlət qurumlarından onların sorğularına cavab vermədiklərini öyrənməyə çalışıb.