Modern.az

Müdafiə Nazirliyindən medal ala bilməyən veteranlara CAVAB 

Müdafiə Nazirliyindən medal ala bilməyən veteranlara CAVAB 

Ölkə

29 İyun 2021, 16:09

Vətən müharibəsində iştirak edən, ancaq medalla təltif olunmayan bir qrup keçmiş döyüşçü bu gün Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısına toplaşıb.

 Modern.az xəbər verir ki, Müdafiə Nazirliyi həmin vətəndaşların qəbul edildiyi barədə məlumat yayıb.

Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

 

"Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib",-deyə nazirlikdən bildirlib.

 

Qeyd edək ki, bu gün səhərə saatlarında Vətən Müharibəsində iştirak edən və medal ala bilməyən veteranların bir qrupu Müdafiə Nazirliyin binasının önünə toplaşaraq, etiraz ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu