Modern.az

Azərbaycanla Türkiyə tranzit daşımaları üçün kvotanı ARTIRIB

Azərbaycanla Türkiyə tranzit daşımaları üçün kvotanı ARTIRIB

29 İyun 2021, 18:17

Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün verilən buraxılış sənədinin kvotası 31 faiz, yəni 35 mindən 46 minədək artırılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bundan başqa, üçüncü ölkələrə tranzit daşımaları üçün kvota 2,5 mindən 3 minədək artırılıb.

 

Nazirliyin məlumatına əsasən, 2021-ci il üçün əlavə 8 min buraxılış sənədi verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü