Modern.az

Bakıda 15.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bakıda 15.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib

30 İyun 2021, 13:43

2021-ci ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,2 milyard manat təşkil edib.

 

Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumatagörə, sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz təşkil edib, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5 faiz olub.

 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2021-ci il vəziyyətinə 317,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 20,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir