Modern.az

Nazirlikdən MİQ imtahanında iştirak edəcək 16 yaşlı namizədlərlə bağlı AÇIQLAMA 

Nazirlikdən MİQ imtahanında iştirak edəcək 16 yaşlı namizədlərlə bağlı AÇIQLAMA 

Təhsil

30 İyun 2021, 18:42

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə müraciət edən namizədlərin məlumatlarının statistik təhlili açıqlanıb. Statistik təhlilə nəzər saldıqda, test imtahanına dəvət ediləcək namizədlərin yaşının 16-63 yaş arasında dəyişdiyi görünür. Ərizəsi qəbul edilən şəxslər arasında 16 yaşlı iki namizəd var.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyatdan keçən hər iki namizədin şəxsi məlumatları İAMAS (İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi) vasitəsi ilə inteqrasiya edilmiş, elektron ərizələrindəki digər məlumatları isə namizədlər özləri daxil etmişdir.

 

Qeyd olunan namizədlər hazırda orta ixtisas təhsili müəssisələrində sonuncu kurs tələbələridir. Müsabiqə zamanı mövcud pandemiya şəraiti nəzərə alınaraq orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələrinə müvafiq sistemdə “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçmək imkanı yaradılıb. Müsabiqənin test imtahanı mərhələsində iştirak edərək növbəti mərhələlərə keçəcəkləri təqdirdə həmin namizədlərdən orta ixtisas təhsilini bitirdikləri barədə arayış və ya diplomun əsli tələb olunacaq. 

 

Əlavə olaraq qeyd edək ki, 18 yaşına çatmamış şəxslərlə əmək münasibətləri AR Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Eyni zamanda mövcud qaydalara görə, orta ixtisas təhsilli şəxslər ümumi orta təhsil səviyyəsində tədris apara bilərlər.

 

Xatırladaq ki, ümumilikdə 62 242 müraciət daxil olub. Yeni tədris ili üçün 2 nəfər 16 yaşlı, 7 nəfər 17 yaşlı, 131 nəfər isə 18 yaşlı namizəd test imtahanına dəvət ediləcək.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...