Modern.az

“Gülər Əhmədovanın mahnısına klip çəkdirmədim, çünki...” - Mətanət İsgəndərli

“Gülər Əhmədovanın mahnısına klip çəkdirmədim, çünki...” - Mətanət İsgəndərli

Mədəniyyət

9 Oktyabr 2012, 16:13

Sözləri eks-deputat Gülər Əhmədovaya, musiqisi isə bəstəkar Xanım İsmayılqızına aid “Bayrağım” mahnısı ilə bağlı müğənni Mətanət İsgəndərli də öz mövqeyini açıqlayıb.

“Bu mahnı mənə iki ay bundan öncə bəstəkar Xanım İsmayılqızı tərəfindən təqdim olunub. Milli ruhda olan bu mahnının çox uğurlu olacağına inanıram. Mahnını Yaşar Baxış oranjiman edib. Hazırda xor işlərinin tamamlanması prosesi gedir. Bunlar da hazır olandan sonra mahnını ifa edəcəyəm” , – deyə M.İsgəndərli Modern.az-a açıqlama verib.

M. İsgəndərli öz sözlərinə bunu da əlavə edib: “Ona klip də çəkdirmək fikrimiz vardı. Amma lazımi maliyyə vəsaiti tapılmadığından bu məsələ təxirə salındı”.

Pərvin Arzuqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi