Modern.az

Göygöldə qəza - istirahətdən qayıdanlar tıxacda qaldı

Göygöldə qəza - istirahətdən qayıdanlar tıxacda qaldı

3 İyul 2021, 00:28

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gəncə-Toğanalı avtomobil yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Ekskavatoru daşıyan evakuator idarəetmədən çıxıb və nəticədə yük yerindəki ekskavator aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, uzun tıxac yaranıb.

Belə ki, istirahətdən qayıdan vətəndaşlar saatlarla yolda qalıblar (apa).

 
 
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü