Modern.az

Prezidentin köməkçisindən ÇAĞIRIŞ: “Oxçuçayı çirkləndirən şirkətlərin fəaliyyəti dayandırılmalıdır”

Prezidentin köməkçisindən ÇAĞIRIŞ: “Oxçuçayı çirkləndirən şirkətlərin fəaliyyəti dayandırılmalıdır”

3 İyul 2021, 12:45

Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır.

 

Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

 

Prezidentin köməkçisi vurğulayıb ki, su mədənçiliyin ən geniş yayılmış qurbanı hesab olunur:

 

"Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır".

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu