Avropa çempionatları tarixində yeni rekord qeydə alınıb.
Modern.az xəbər verir ki, AVRO-2020 başla vurulan qolların sayında tarixə düşüb.
Bakıda keçirilən Çexiya – Danimarka matçında hesabı açan Tomas Dileyni başla fərqlənib. Turnirin bu yolla vurulan qolların sayı 24-ə çatıb. Bu da qitə çempionatlarının final mərhələləri üçün mütləq rekorddur (apasport).