Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məscid kompleksinin tikintisi üçün tender elan edib. Modern.az bildirir ki, bu barədə Satınalınmalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə noyabrın 14-nə qədər təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İddiaçıların təklifləri noyabrın 23-də Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 73 ünvanında açılacaq.
Modern.az