Modern.az

Paytaxtdan Naxçıvana uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ

Paytaxtdan Naxçıvana uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ

Hadisə

4 İyul 2021, 08:51

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq, eniş etməyi xahiş edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

 

Təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

 

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

 

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər