Modern.az

ATƏT sədri mina xəritələrinə münasibət bildirdi

ATƏT sədri mina xəritələrinə münasibət bildirdi

4 İyul 2021, 17:10

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.

 

Modern.az-ın xəbərinə görə A. Linde bu barədə "Twitter" hesabındakı paylaşımpmda qeyd edib.

 

"Əlavə olaraq saxlanılmış 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini açıqlamasını alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında daha çox etimadyaratma dayanıqlı nizamlanma üçün yol aça bilər",-deyə ATƏT sədri bildirib.

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü