Modern.az

Bakı Şəhər Ticarət və Xidmət Departamenti: “Heç kimi cərimələmək istəmirik, amma...”

Bakı Şəhər Ticarət və Xidmət Departamenti: “Heç kimi cərimələmək istəmirik, amma...”

Təhsil

11 Oktyabr 2012, 12:28

İslam dinində Qurban bayramı ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlmanlar hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayaraq üç gün bayram keçirilir.  Qurban bayramında qoyun, qoç, inək, dana və ya dəvə kəsilməlidir.

Hər il Qurban bayramı ərəfəsində Bakı şəhərinə rayonlardan satılmaq üçün xeyli sayda xırda və iribuynuzlu heyvan gətirilir. Bu il bayram oktyabrın 25-26-ına təsadüf edib. Bir neçə gündən sonra şəhərə qurbanlıq heyvanların gətirilməsi müşahidə olunacaq. Bəs görəsən rayonlardan gətirilən heyvanların kəsilməsi və satışı üçün xüsusi yerlər ayrılıbmı?

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Modern.az-a açıqlamasında bildirib ki, əvvəlki illərdə bu işlər Bakıda çox bərbad vəziyyətdə həyata keçirilirdi. Vətəndaşlar harada istəyirdilərsə, orda heyvan saxlayırdılar. Bütün bunlar artıq təmizlənib, səliqəli abad bir vəziyyətə gətirilib. Bu gün artıq bu işlər bir mərkəzdən sistemli şəkildə idarə olunmağa başlayıb.

Ə. Bağırov deyib ki, bayramında şəhərin müxtəlif yerlərində – Keşlə bazarında, Naxçıvani küçəsində, Əliyar Əliyev küçəsində xüsusi kəsim yerləri ayrılıb. Burda əsas məqsəd odur ki, səliqə-sahman qorunub saxlanılsın.  

Departament rəhbəri ziyarətgahlarda da xüsusi kəsim yerlərinin ayrıldığını deyib: “Mir Möhsüm Ağanın ziyarətgahında, Nardarandakı ziyarətgahda  xüsusi kəsim yerləri ayrılıb”.

Bakı Şəhər Ticarət və Xidməti Departamenti İqtisadi İnkişaf Nazirliyi, Bakı Epidemiologiya və Antisanitariya idarəsi, habelə digər əlaqəli qurumlarla bir yerdə həyata keçiriləcək işlərdə qanun pozuntusuna yol verənlərlə sərt rəftarın tərəfdarı olmadığını deyən Ə. Bağırov əlavə edib: “Müqəddəs bayram ərəfəsində hansısa  vətəndaşı cərimələmək istəmirik. Qurban bayramında kimisə cərimələmək Allaha da xoş getməz. Bu həm də etik normalara uyğun deyil. Amma ət kəsimi və diri heyvan satışı ilə məşğul olanlar da qayda-qanunlara riayət etməlidirlər”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi