Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 7 iyulda Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Modern.az xəbər verir ki, Nikol Paşinyan Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya strateji gündəminin məsələlərini müzakirə edəcəklər.
Tərəflər arasında 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası, hərbi əməliyyatlardan zərər çəkmiş Dağlıq Qarabağ əhalisinə humanitar yardımın verilməsi, həmçinin, iqtisadi və bölgədəki nəqliyyat kommunikasiyaları kimi məsələlər prioritet təşkil edəcək.
Mehri Qurban