Modern.az

Təhsil naziri: “311 saylı məktəb hələ ki bağlı qalacaq, çünki...”

Təhsil naziri: “311 saylı məktəb hələ ki bağlı qalacaq, çünki...”

Təhsil

11 Oktyabr 2012, 12:55

“Təhlükəsizlik tədbirləri sona çatdıqdan sonra müəllimlər və şagirdlər 311 saylı orta məktəbə qayıda bilərlər. Yaxud da yeni məktəb tikilə bilər”. Bunu Modern.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, paytaxtın Sabunçu rayonu ərazisində 311 saylı orta məktəbdə təhlükəsizlik tədbirləri görülənə qədər həmin məktəbin müəllim və şagird heyəti qonşu məktəblərə köçürülərək fəaliyyətlərini davam etdirəcəklər.

Nazirin sözlərinə görə, müəllimlər gedib həmin məktəblərdə dərs deyə biləcəklər. Orada heç bir problem olmayacaq.  
M.Mərdanov onu da bildirib ki, müəllimlərin və şagirdlərin sağlamlığı və təhlükəsizliyi nazirlik üçün daha önəmlidir.
“Müvafiq dövlət qurumlarına rəyinə əsasən bu məktəbin fəaliyyəti dayandırılıb. Təhlükəsizlik tədbirləri sona çatdıqdan sonra müəllimlər və şagirdlər ora qayıda bilərlər. Yaxud da yeni məktəb tikilə bilər”.  

Qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində 311 saylı orta məktəbin həyətindən mazut çıxdığından məktəb bağlanıb.  

Anar Kəlbiyev
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi