ATƏT sədrinin səxsi nümayəndəsi Anjey Kasprişik Xankəndi hava limanı ilə bağlı Azərbaycanda verdiyi açıqlamanı geri götürüb. Modern.az bildirir ki, Kasprişik Ermənistan İctimai telekanlına müsahibəsində bildirib ki, Bakıda onun sözlərini təhrif ediblər.
“Azərbaycanda mənim adımdan hava limanı ilə bağlı ziddiyyətli bəyanat yayılıb”-deyə şəxsi nümayəndə bəyan edib.
Xatırladaq ki, Azərbaycan mediasının dünən yaydığı məlumata görə, A.Kasprişik Xankəndi hava limanının Azərbaycanın suveren ərazisində yerləşdiyini bildirib.
“Bu məsələdə Azərbaycan dövlətinin mövqeyindən çox şey asılıdır. Bütün hallarda ilkin razılıq olmadan hava limanının açılması danışıqlar prosesini yaxşılaşdırmayacaq”-deyə Kasprişik Azərbaycanda bildirmişdi.
Modern.az