Modern.az

Qüdrət Həsənquliyevin partiyası Heydər Əliyev Mərkəzini istəyir

Qüdrət Həsənquliyevin partiyası Heydər Əliyev Mərkəzini istəyir

Təhsil

11 Oktyabr 2012, 15:24

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) III Qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması ilə bağlı müraciəti cavablandırıb. Bu barədə partiyanın baş katibi Söhrab Abdullayev məlumat verib.  Söhrab Abdulayevin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar şöbəsinin müdiri Zaur Ramazanovun BAXCP-yə göndərdiyi cavab məktubunda qurultayın keçirilməsi üçün iki məkan təklif olunub: "Bakı Şəhər İcra Hakimiyyəti BAXCP-nin III Qurultayının keçirilməsi üçün bizə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini və Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına Mədəniyyət Evini təklif edib".

BAXCP-nin baş katibi bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlər partiyanın III Qurultayının keçirilməsi üçün tamamilə yararsızdır: "Hər iki mədəniyyət evi 200-300 nəfərin iştirak edə biləcəyi tədbirlər üçün nəzərdə tutulub. BAXCP-nin III Qurultayına isə 780 nəfər qurultay nümayəndəsi seçilib. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətinə təkrar müraciət etmişik ki, qurultay nümayəndələrinin sayını nəzərə alsın. Biz partiyanın Ali Məclisinin toplantısını keçirmirik, Qurultay keçiririk. Qeyd etdiyim kimi, yalnız Qurultay nümayəndələrinin sayı 780 nəfərdir və şübhəsiz ki, partiyamız üçün müstəsna əhəmiyyət kəsb edən bu tədbirə dəvətlilər də olacaq".

Söhrab Abdullayev hesab edir ki, Qurultayın keçirilməsi üçün Heydər Əliyev Mərkəzi daha uyğun məkandır:
"Artıq bu mərkəzdə təmir işləri başa çatdıqdan sonra yüksək səviyyəli tədbirlər də keçirilib. Mərkəzin fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır və düşünürük ki, Heydər Əliyev Mərkəzi təkcə yeni Azərbaycan Partiyasının, ayrı-ayrı dövlət qurumlarının tədbirləri üçün deyil, siyasi partiyalar üçün də açıq olmalıdır".

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi