Modern.az

Nazir kitab çatışmazlığından, məktəblərdəki istilik problemindən danışdı

Nazir kitab çatışmazlığından, məktəblərdəki istilik problemindən danışdı

Təhsil

11 Oktyabr 2012, 15:40

“Bu il kitablarla bağlı heç bir problem olmayacaq”. Bunu Modern.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, onda olan məlumata görə orta məktəblərdə kitab çatışmazlığı yoxdur.

Nazirin sözlərinə görə, verilən proqnozlar özünü doğrultmadı. Birinci sinfə gedən şagirdlərin sayı verilən proqnozlardan çox olduğundan kitabla bağlı ilk günlərdə müəyyən çatışmazlıqlar yaşanıb: “Çatışmazlıq onunla bağlı idi ki, bizə verilən proqnoz özünü doğrultmadı və məlum oldu ki, birinci sinfə gedən şagirdlərin sayı xeyli çox olub. Ona görə də biz təcili olaraq həmin kitabları müxtəlif nəşriyyatlarda çap etdirib şagirdlərimizə çatdırdıq. Heç bir problemin olacağı gözlənilmir. Əsaslı təmir olunmuş məktəblərdə bufetlər öz işlərini yüksək səviyyədə həyata keçirəcəklərinə əminəm”.

Nazir məktəblərdəki istilik probleminə də toxunub.
“Demək olmaz ki, istilik sistemləri ilə bağlı problemlər hər yerdə öz həllini tapacaq”.
Onun sözlərinə görə, ölkəmizdə xeyli məktəb, uşaq bağçası, ali məktəb fəaliyyət göstərir. Amma demək olmaz ki, bu təhsil ocaqlarının istilik sistemi ilə bağlı problemlər hər yerdə öz həllini tapıb: “Yenə də deyirəm ki, bu problemlər aradan qaldırılacaq. Əksər rayonlara, kəndlərə, qəsəbələrə qaz çəkilir. Qaz çəkilən yerlərdə bu problemlərin heç biri yoxdur. Birmənalı şəkildə deyim ki, problemlər vaxt keçdikcə öz həllini tapacaq”, – deyə nazir vurğulayıb.

Anar Kəlbiyev  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi