
Azərbaycanda müstəqillik mübarizəsi başlayandan bəri və ondan sonrakı dövrlərdə populyarlıq qazanan xeyli qəzet olub. 90-cı illərə Azərbaycan mətbuatının “qızıl dövrü” də deyirlər. Bəlkə də paradoks kimi görünə bilər: senzuranın, Cahangir İldırımzadənin qılıncının dalı və qabağının kəsdiyi bir zamanda “qızıl dövr” barədə danışmaq doğurdan da qəribədir.
Amma doğrudan da 90-cı illər Azərbaycan KİV tarixinə önəmli imzalarını yaza bildi.
Belə imzalardan biri də “Azadlıq” qəzetidir.
Modern.az saytının
“
Bir şəklin tarixçəsi” silsiləsindən
təqdim etdiyi bu fotoşəkil də 90-cı illərin ortalarında “Azadlıq” qəzetinin redaksiyasında çəkilib.
Ayaqüstü tədbir... Baş redaktor Gündüz Tahirli kollektivə nəsə maraqlı bir hadisəni danışır. Bəlkə də sağlıq deyir, əlində bakal tutub... (Yeri gəlmişkən, Gündüz Tahirli 1994-cü ildən 2001-ci ilədək “Azadlıq”a rəhbərlik edib).
Şəkildəkilərin çoxu tanınmış simadır. Azər Həsrət, Ülkər İsmayılqızı, Rövşən Hacıbəyli, Səbuhi Qafarov, Qənimət Zahid, Zülfiyyə Əhmədli, Sarvan Rizvanov baş redaktoru dinləyirlər... Arxada AXCP sədri Əli Kərimlinin mühafizəçiləri dayanıb.
Şəkildə əksi düşənlərin hamısı indi mediada deyil, aralarında mühacirətə gedən də var, mətbuata birdəfəlik əlvida deyən də, biznes sahəsinə keçən də...
(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)
Modern.az