Modern.az

Azərbaycanda dönər-kabab standartı müəyyənləşdi

Azərbaycanda dönər-kabab standartı müəyyənləşdi

Təhsil

11 Oktyabr 2012, 16:16

Azərbaycan Respublikasında AZS 744-2012 “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 10 oktyabr 2012-ci il tarixli 106 nömrəli əmri ilə AZS 744-2012 “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilib. Komitədən Modern.az-a verilən məlumata görə, Standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilib. Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər.

Standarta əsasən hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.

Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir. (misal üçün, resepturada 200 qram qeyd olunubsa ətin kütlə payı 100 qramdan az olmamalıdır)

Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun tempraturu 650C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.

Standartda həmçinin dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilmişdir. Belə ki, personal ГОСТ 30524 tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.

Gültəkin Ələsgər

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi