İstiqlalçı deputatlar ölkədəki ictimai-siyasi durumu müzakirə etmək üçün yenidən toplanıblar. Bu barədə Modern.az-a Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər məlumat verib. ACP sədrinin sözlərinə görə, İstiqlalçı deputatların bu gün keçirilən toplantısı Müsavat Partiyasının qərargahında keçirilb. Toplantıya Arif Hacılı rəhbərlik edib. S.Əkbərin sözlərinə görə, eks-deputatların bugünkü toplantısında İstiqlalçı deputatlar Məclisinin Əsasnamə qəbul edilib. Həmçinin 18 oktyabr müstəqillik gününün təntənəli şəkildə qeyd edilməsi haqda müzakirələr aparılıb.
Görüşdə İbrahim İbrahimli, Mirmahmud Mirəlioğlu, Hacibaba Azimov, Firudin Cəlilov, İsa Qəmbər, Füzuli Axundov və Sülhəddin Əkbər iştirak edib.
A.RÜSTƏMOV