Modern.az

Bayden ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının bitəcəyi tarixi açıqladı

Bayden ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının bitəcəyi tarixi açıqladı

Dünya

8 İyul 2021, 22:41

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

 

"ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Əfqanıstanın gələcəyini müəyyənləşdirmək - bu ölkənin öz xalqının vəzifəsidir. ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək" - C.Bayden bildirib.

 

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün çalışacaq və bölgə ölkələri də bu nizamlanmada rol oynamalıdır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu