Modern.az

Bakıda dəhşətli hadisə - arvadını öldürdü, özünə qəsd etdi

Bakıda dəhşətli hadisə - arvadını öldürdü, özünə qəsd etdi

9 İyul 2021, 00:04

Bakıda əri tərəfindən bıçaqlanaraq qətlə yetirilən qadının ad-soyadı məlum olub.

 

Modern.az xəbər verir ki, bu, 1986-cı il təvəllüdlü Musayeva Elnarə Əlimusa qızıdır.

 

O, əri - 1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlunun vurduğu 22 bıçaq zərbəsi nəticəsində həyatını itirib. Məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

 

Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.

 

***

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

 

Belə ki, Binə qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu öz həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra özü özünü bıçaqlayıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır (report).

 
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər