Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.
Modern.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir.
Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü N. Axundov və 4 sərnişini dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.