Modern.az

İranın yeni səfiri Bakıya gəldi

İranın yeni səfiri Bakıya gəldi

Təhsil

12 Oktyabr 2012, 10:08

İran İslam Respublikasının yeni səfiri Möhsin Pak Ayin bu gün Bakıya gəlib. Bu barədə Modern.az saytına İranın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarına Azərbaycana gələrən səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra rəsmən diplomatik fəaliyyyətinə başlayacaq.

Qeyd edək ki, İranın ölkəmizdəki yeni səfiri Möhsin Pak Ayin Azərbaycana səfir təyin edilməzdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

A.RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi