Modern.az

Azərbaycanda yoluxma artır - 2 nəfər öldü

Azərbaycanda yoluxma artır - 2 nəfər öldü

9 İyul 2021, 16:39

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 336962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9947, hazırkı dövrədək isə 3831673 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər