İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.
Lerik rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
İctimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Relax istirahət mərkəzi deputat İqbal Məmmədova məxsusdur.