Modern.az

Niderlandda \"Delta\" ştammına görə qadağalar bərpa olundu

Niderlandda \

10 İyul 2021, 01:09

Niderlandın Baş naziri Mark Rütte bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə elan verib. Həmin tədbirlər ölkədə koronavirus (COVID-19) ilə yoluxma sayının yeddi qat artması ilə əlaqədar iyulun 10-dan qüvvəyə minəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin KİV-ləri bildirib.

 

"NL Times" portalı bildirib ki, iyulun 10-dan etibarən ölkədə gecə klubları və diskotekalar tamamilə bağlanacaq, bar, restoran və mağazalar saat 6:00-dan 00: 00-a qədər fəaliyyət göstərə biləcəklər. Restoran və kafelərə gələnlər 1,5 metrlik sosial məsafə saxlamalıdırlar. Canlı musiqi daxil olmaqla bütün istirahət fəaliyyətləri qadağandır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu