Modern.az

Məktəblərdə distant dərslər hüquqi əsas daşımır

Məktəblərdə distant dərslər hüquqi əsas daşımır

Təhsil

11 İyul 2021, 13:16

Artıq 2 ildir ki, bütün dünya ölkələrində eyni zamanda Azərbaycanda təhsil sistemi onlayn formada aparılır.

 


Distant təhsilin tələbələr və şagirdlər üçün müsbət və mənfi cəhətləri nələrdir?

 


Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Modern.az-a danışıb:


“2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən ali məktəblərdə ənənəvi tədris prosesi dayandı. Düzdür, 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də indiyə qədər  Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmayıb.  Təhsil Haqqında qanunda qeyd olunub ki,  zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Bu tətbiq edilsə belə, texniki imkanları olmadığı çün dərslərdə iştirak etməyənlərə qayıb yazıla bilməz.


Digər tərəfdən isə, onlayn dərs keçən təhsil müəssisələri tələbələrin təhsil haqlarının müəyyən hissəsini geri qaytarmalıdırlar. Çünki distant, onlayn dərslərin təhsil hqqı digərlərindən 4 dəfə ucuzdur”.

 

Ekspert tibb təhsili ilə bağlı problemlərə də aydınlıq gətirib:
“Digər məsələ tibb təhsili ilə bağlıdır. Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilməlidir. Yəni onlarda distant, onlayn dərslər tətbiq etmək olmaz. Orta məktəblərdə isə ümumiyyətlə onlayn, distant, video, vizual dərslər hüquqi əsas daşımır və bu üsullarla keçirilmiş dərslər, mənimsənilmiş hesab oluna bilməz.
Tələbələr universitetə qəbul olan zaman onlarla bağlanmış müqavilədə onlayn formatda təhsil almaq qeyd olunmayıb. Müəyyən regionlarda həm komputer, həmdə internet yoxluğu bu imkanı məhdudlaşdırır. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.
Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli  təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur”.


K.Əsədov hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparıldığını vurğulayıb:


“Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən – videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən – laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır.


 Təəssüflər olsun ki, bu qədər müsbət tərəfləri olmasınna baxmayaraq ölkəmizdə bunun mexanizmi işlənib hazırlanmayıb. Hazırda ölkəmizdə faəliyyət göstərən 4447 orta məktəbin bu resursu yoxdur və o qədər məktəbdə çalışan 150 min müəllimimiz bu texniki imkanları idarə etmək kompetensiyasına malik deyil.


Düşünürəm ki, qısa müddətdə elektron dərs metodlarının tətbiqinə geniş şəkildə başlamaq lazımdır. Uşaqların və tələbələrin itirdiklkəri dərs müddəti hansı formada kompensasiya edilməsini istəyiriksə qısa müddətdə alternativ təhsil alma metodlarını tətbiq etməliyik. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.  Hesab edirəm ki, İKT alətlərindən düzgün istifadə etməklə, pandemiya dövründə keyfiyətli tədrisi təşkil etmək olar. Çox təəsüflər olsun ki, bütün universitetlər bu patformanı düzgün qurmayıblar”.

Mehri Qurban

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...