Modern.az

Füzuli Ələkbərov vitse-spiker seçildi

Füzuli Ələkbərov vitse-spiker seçildi

Təhsil

12 Oktyabr 2012, 18:06

Oktyabrın 11-12-də İstanbulda Avropa Şurasına (AŞ) üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin “Hamı üçün təhlükəsiz gələcəyin yaradılması” mövzusunda ikinci konfransı keçirilib. Konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin ilk günündə çıxış edən Fizuli Ələkbərov ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqiyə nail olunması, sosial proqramların icrası, sosial birlik məsələlərinin həlli, xüsusilə böhran şəraitində həssas əhali təbəqəsinin güclü müdafiəsi mexanizminin qurulması barədə məlumat verib. 

Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti konfransının 2015-ci ildə Azərbaycanda keçirilməsi təklifi və bununla bağlı olaraq, Füzuli Ələkbərovun konfransa vitse-spiker seçilməsi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Tədbirin ikinci günündə konfransa sədrlik nazir Fizuli Ələkbərov tərəfindən həyata keçirilib . Konfrans çərçivəsində Xanım  Draqoni Füzuli Ələkbərova insan hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycanın irəliyə doğru mühüm addımlar atmasından, xüsusən ötən il “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul edilməsindən, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası ilə bağlı Azərbaycanın siyasi iradə nümayiş etdirməsindən məmnunluğunu ifadə edib.

İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmeleddin İhsanoğlu ilə bu gün keçirilən görüşdə E. İhsanoğlu Azərbaycanın son illərdə bir-birinin ardınca mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini, həmçinin ölkəmizin 2013-cü ilin aprelində İKT-yə üzv ölkələrin nazirlərinin konfransının Bakıda keçirilməsinə hazır olduğunu yüksək qiymətləndirib, bu konfransın yüksək səviyyədə təşkili üçün İKT tərəfindən bütün lazımi dəstəyin veriləcəyini deyib.

Konfransın yekunu olaraq Nazirlər Bəyannaməsi qəbul olunub.

Qeyd edək ki, Avropa Şurasının dövlət və hökumət başçılarının 1997-ci ildə keçirilmiş 2-ci sammitində sosial birlik Avropa Şurasının əsas məqsədlərindən biri kimi elan olunmuş, təşkilata üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin ilk konfransı 2009-cu ildə Moskva şəhərində keçirilmişdir. Üç ildən bir təşkil edilən növbəti konfransın isə2015-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi