Modern.az

Sabirabadda köməksiz qadını zorlayan əmioğlular TUTULDU

Sabirabadda köməksiz qadını zorlayan əmioğlular TUTULDU

14 İyul 2021, 09:00

12 iyun 2021-ci il saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

 

Sabirabad rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

 

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

İş üzrə müvafiq ekspertizalar təyin olunub və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

 

Qeyd edək ki, Faiq Əmrahov və Əvəz Əmrahov əmioğludur.  Təcavüzə məruz qalan Nazilə Məmmədovanın 12 yaşlı övladı ilə yaşadığı bildirilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər