Modern.az

Hadi Rəcəbli seçiciləri ilə görüşüb

Hadi Rəcəbli seçiciləri ilə görüşüb

Təhsil

14 Oktyabr 2012, 12:25

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda gənc seçiçilərlə görüşüb. Modern.az-ın məlumatına görə, görüş Lənkəran icra hakimiyyəti  və Lənkəran Gənclər Təşkilatının nümayəndələrinin təşkilatşılığı ilə “Palıdlı sahil" istirahət mərkəzinin yeni yaradılmış konfrans zalında baş tutub.

100-dən çox tələbə, Lənkəran rayonunun gəncləri millət vəkili ilə müxtəlif mövzular və onları düşündürən mələsələlər ətrafında müzakirələr aparıb. Görüşün mahiyyəti Yevlax şəhərində Prezident İlham Əliyevin gənclər qarşısında qoyduğu vəzifələrlə bağlı olub.

Eyni zamanda gəncləri düşündürən ən vacib məsələlərdən olan Ailə Məcəlləsi və “Gənc ailənin müdafiəsi haqqənda” qanun layihəsi məsələsi olub. Diqqəti cəlb edən problemlərdən biri də cənub bölgəsində hələ də erkən nigahlar olub. bu problemin hələ də qaldığı vurğulanıb.

Müzakirələr zamanı problemlərin aradan qaldırılması üçün konkret işlər görülməsi istənilib.  Problemlərin həlli ilə bağlı əsasən gənclər təşkilatlarına, dini qumlara, bələdiyyələrə diqqət yönəldilib. Qarşıya çıxan məsələlərin həllində məktəbin yeri xüsusi qeyd olunub. Həmçinin ailədə uşaqların bütövlükdə nigaha hazırlanması məsələsi gündəmə gəlib.

Millət vəkili bildirib ki, bu gün ictimaiyyətin ən mühim vəzifələri kimi kənd yerlərində erkən nigahların qarşısının alınması üçün konkret təbliğat, təşviqat və digər istiqamətdə işlər aparmalarıni göstərib.

Görüşdə mövzu ilə bağlı film nümayiş etdirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi