Ermənistanın iki hərbi qulluqçusu itkin düşüb. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də sübh çağı, hərbi qulluqçular Arhur Nalbandyan və Aramais Torozyanın (sürücü) getdiyi maşınla əlaqə kəsilib. Onların Ermənistan Respublikasının cənub-şərq istiqamətində dumana düşdüyü bildirilir.
Hərbçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları başlayıb.
Rusiya tərəfinin vasitəçiliyi ilə A.Nalbandyan və A. Torozyanın Azərbaycan tərəfinə keçmə ehtimalı da müzakirə edilir. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrilə danışıqlar aparılıb.