Modern.az

Bəşər Əsəd türklərə qadağa qoydu

Bəşər Əsəd türklərə qadağa qoydu

Təhsil

14 Oktyabr 2012, 11:02

Suriya son günlər yaşanan gərgin  münasibətlərdən sonra Türkiyə ilə hava əlaqələrini dayandırdı. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Türkiyəyə məxsus mülki təyyarələrin Suriya ərazisindən uçması rəsmən qadağan edilib.  Buna səbəb kimi, Türkiyənin Suriyaya məxsus sərnişin təyyarəsini saxlayaraq axtarış aparması göstərilib.

Qeyd edək ki,  Suriya Hava yollarına məxsus təyyarə Türkiyə hava məkanına daxil olarkən Türk Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları tərəfindən Ankara hava limanına endirilib. Yayılan ilkin məlumatlara görə, 35 sərnişini olan “A-320 Airbus” tipli təyyarədə aparılan araşdırmalar zamanı 12-13 ədəd nəhəng dağıdıcı silahlar aşkar edilib. Təyyarədəki şübhəli əşyalar götürüldükdən sonra hava gəmisi Dəməşqə yola salınıb.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi