Modern.az

Göygöldə çoban minaya düşdü

Göygöldə çoban minaya düşdü

14 İyul 2021, 21:56

Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bənövşəli kəndi ərazisində qeydə alınıb.

 

 

Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.

 

O, hadisə yerindəcə dünyasını dəyişib.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər