Modern.az

İlham Əliyev İranın yeni səfirini qəbul etdi

İlham Əliyev İranın yeni səfirini qəbul etdi

Təhsil

14 Oktyabr 2012, 16:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İranın yeni səfiri Möhsün Pakayin etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Azərbaycan ilə İran arasında əlaqələrin inkişafına toxunan dövlətimizin başçısı bu əməkldaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın bu toplantıda iştirakının önəmini qeyd edib

İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Möhsün Pakayin İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın salamlarını dövlətimizin başçısına çatdırıb. Möhsün Pakayin qeyd edib “Azərbaycan ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasında ulu öndər Heydər Əliyev çox önəmli rol oynamışdır”. Prezident İlham Əliyevə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayan səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.
Daha sonra dövlət başçısı Prezident Mahmud Əhmədinejatın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.  

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün həmçinin Litva və Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunan səfirlərini də qəbul edib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi