İran çoxsaylı təzyiqlərdən sonra zənginləşdirilmiş uran istehsalını dayandıramq tələbini qəbul etdi. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu haqda İranın xarici işlər naziri Əli Əkbər Salehi açıqlamasında bildirib. XİN rəsmisinin sözlərinə görə, rəsmi Tehran bunun müqabilində xaricdən neft istəyir.
Nazir bildirib ki, İran könüllü olaraq uranın zənginləşdirmə proqramını məhdudlaşdırmağa hazırdır, lakin bunun qarşılığında onlara neft mövzusunda zəmanət verilməlidir.
Modern.az