Ölkənin şimal-qərb rayonlarında baş vermiş ardıcıl yeraltı təklanlar nəticəsində Balakən və Zaqatala rayonlarında bəzi yaşayış evlərinə və sosial obyektlərə xeyli ziyan dəyib. Bölgə sakinlərinin Modern.az-a verdiyi məlumata görə, zəlzələ nəticəsində bir çox yaşayış evlərində ciddi fəsadlar yaranıb. Xüsusən də sakinlərin bildirdiyinə görə, təbii fəlakət daha çox Balakən rayonlarının Kortala, Püştətala, Qaysa kəndlərinə ziyan vurub. Zaqatala rayonunun Gürcüstanda sərhəd yerləşən bir çox kəndlərində də analoji vəziyyət yaranıb.
Baş verən hadisədən sonra rayon Fövqəladə Hallar Komissyalarının əməkdaşları ziyan dəymiş kəndlərə baş çəkiblər. Hazırda yerlərdə FHN əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu gün ölkə ərazisində baş verən ardıcıl zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb.
Modern.az