Modern.az

Ərdoğan: Qarabağda savaşa verdiyimiz dəstək bütün dünyanın diqqətini çəkib

Ərdoğan: Qarabağda savaşa verdiyimiz dəstək bütün dünyanın diqqətini çəkib

Dünya

16 İyul 2021, 17:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimindəki çıxışı zamanı Qarabağda aparılmış savaşdan danışıb.

Modern.az-ın məlumatına görə, Ərdoğan deyib ki, Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək bütün dünyanın diqqətini çəkib:

"Qarabağın azadlığı mübarizəsində azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək və 44 günlük zəfər bütün dünyanın diqqətini çəkib".


Ərdoğanın sözlərinə görə, Qarabağın azadlığı uğrunda qardaş Azərbaycana verilən dəstək Türk Silahlı Qüvvələrinin gücünü bir daha bütün dünyaya göstərdi.

"Türkiyənin heç kimin torpağında gözü yoxdur. Türkün olduğu yerdə zülm olmaz. Türkün olduğu yerdə məzlum göz yaşı tökməz”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu