Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. XİN-dən Modern.az-a verilən məlumata görə, əvvəlcə nazir qonağı salamlayıb və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdən məmnunluq ifadə edib.
Əhməd Davudoğlu Azərbaycana səfərindən məmnunluq bildirib, iki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.