Modern.az

Bakıda gənc oğlan supermarketdə öldü - VİDEO

Bakıda gənc oğlan supermarketdə öldü - VİDEO

17 İyul 2021, 14:00

İyulun 16-da gənc oğlan Bakının Xətai rayonunda yerləşən “Bravo”da anidən yerə yıxılıb. Onun ürəyində problem olduğu bildirilib.

 

Təcili Tibbi Yardım Briqadası hadisə yerinə çağırılan müddətdən xeyli gec gəlib və iddialara görə, həkim ürəyini səhv masaj etdiyi üçün şəxs vəfat edib.

 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (TTTYS) Modern.az-a verilən məlumata görə, təcili tibbi yardım briqadası hadisə yerinə çatan zaman şəxs ölübmüş:

 

“Həkimin edə biləcəyi son şey ürək masajı olub. Amma effektiv alınmayıb, xəstəni geri qaytarmaq mümkün olmayıb.

 

Təcili yardım çağırışdan dərhal sonra hadisə yerində olub. Amma Ətrafdakılar vətəndaş yıxılandan nə qədər sonra təcili yardıma çağırış edib, o məlum deyil”.

 

Eyni zamanda, vəfat edən şəxs ürək xəstəsi olduğu bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər