Modern.az

2013-cü ilin büdcə zərfi Milli Məclisə təqdim edilib

2013-cü ilin büdcə zərfi Milli Məclisə təqdim edilib

Təhsil

15 Oktyabr 2012, 17:58

2013-cü il üçün dövlət büdcəsinə daxil olan sənədlər paketi bu gün Milli Məclisə (MM) təqdim edilib. Bu barədə Modern.az-a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, büdcə zərfinə daxil olan sənədlər əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. MM-in müvafiq komitələrində müzakirə olunacaq, sonra isə parlamentin plenar iclasına çıxarılacaq.
Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində gəlirlər 19 milyard 154 mln. manat, xərclər 19 milyard 810 mln. manat, büdcə kəsiri isə 656 mln. manat nəzərdə tutulub.

2013-cü il üçün icmal büdcənin gəlirləri  20 milyard 723,7 mln. manat, xərcləri 24 milyard 460,1 mln. manat, kəsiri isə 3 736,4 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi